Tramp Con Boltonu istefaya göndərdi
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib.
Bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, artıq Ağ Evdə Boltonun xidmətinə ehtiyac qalmayıb:"Onun təklifləri ilə razılaşmırdım. Bu səbəbdən istefa verməsini istədim. Bu gün səhər saatlarında ərizəsini təqdim etdi".