Sosial şəbəkədə biz:

Yəmən İranın sülh planını rədd edib

19 April 2015, 09:44
Gündəm
Yəmən İranın sülh planını rədd edib
Yəmən hökuməti İranın ölkədəki böhranın nizamlanması ilə bağlı təkliflərini rədd edib.
APA-nın xəbərinə görə, bu barədə “Röyters” məlumat yayıb.
“Biz İranın təşəbbüsünü rədd edirik. Bu planın məqsədi yalnız siyasi manevrdir”, deyə hökumət nümayəndəsi Qətərdə agentliyə bildirib.
 Qeyd edək İran aprelin 15-də Yəməndəki münaqişənin sülh yolu ilə nizamlanması üzrə plan təqdim edib.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif  qeyd olunan planı səfərdə olduğu İspaniyada təqdim edib.
 Plan 4 bənddən ibarətdir: atəşkəsin tətbiq olunması, ehtiyacı olanlar üçün  humanitar yardımların göndərilməsi, Yəməndə daxili dialoqun başlanılması və ölkənin bütün siyasi hərəkatlarının iştirakı ilə milli həmrəylik hökumətinin yaradılması.