Sosial şəbəkədə biz:

Polisi təhqir edən sürücü saxlanıldı - Foto

18 September 2019, 12:26
Gündəm

Bakıda yol polisini təhqir edən sürücü saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq barəsində tədbir görülməsi üçün aidiyyatı orqanlara təhvil verilib. 

Xatırladaq ki, ötən gün cərimənin yazılması ilə barışmayan taksi sürücüsü yol polisi əməkdaşını təhqir edib, o isə əvəzində susub. Videodan görünür ki, hadisə yerinə post patrul xidmətinin əməkdaşları dəvət edilib.