Sosial şəbəkədə biz:

Mehriban Əliyeva: "Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik"

18 September 2019, 12:37
Gündəm

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İnstagram səhifəsində 18 sentyabr - Milli Musiqi Günü ilə bağlı paylaşımı olub.
Paylaşımda qeyd edilib  ki, 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olub: 
"Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlib. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik".