Sosial şəbəkədə biz:

Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava - Video

21 September 2019, 16:00
Gündəm

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Frunzen rayonunda 04:30 radələrində baş verib. 

Davada ümumilikdə 20-yə yaxın insan iştirak edib. Hadisə zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib. 

Dava zamanı bıçaq və travmatik silahdan istifadə edilib. 

Hadisənin dəqiq səbəbləri məlum deyil. Saxlanılanlar var.