Sosial şəbəkədə biz:

Azərbaycanda virus yayılıb? - Nazirlikdən açıqlama

23 September 2019, 17:44
Gündəm

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.

Mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur.