Sosial şəbəkədə biz:

Özünü idarə edə bilməyən hakim matçı “idarə” edərsə... - Video

25 September 2019, 20:17
Gündəm

Çexiya Gənclər Liqasının oyununda qəribə hadisə baş verib.

"Beroun" - "Slani" matçına yan xətt hakimi Milan Sefara sərxoş halda  çıxıb.

Laynsman dəfələrlə yerə yıxılaraq tamaşaçıları şənləndirib. Hazırda Mərkəzi Bogemiya Regional Futbol Assosiasiyası insidenti araşdırır.

Alkoqol qəbul etdiyi sübuta yetiriləcəyi təqdirdə, hakimi ciddi cəza gözləyir.

Yenisabah.az