Sosial şəbəkədə biz:

“Qarabağ”dan ardıcıl 6-cı qələbə

27 September 2019, 21:26
Gündəm

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

İlk oyun günündə bir matç keçirilib. Lider "Qarabağ" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Ağdam klubu ardıcıl 6-cı qələbəsini qazanaraq xallarının sayını 18-ə yüksəldib. 

Qeyd edək ki, turun digər oyunları 28-29 sentyabr tarixlərində olacaq.

27 sentyabr (cümə)

19:00. “Qarabağ” – “Sumqayıt” - 2:0

Qol: Dani Kintana, 45+2, Mahir Emreli, 90

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev

Tofiq Bəhramov adına Respublika Stadionu. Yenisabah.az