Sosial şəbəkədə biz:

YAP-dan Rəfael Cəbrayılovla bağlı kəskin açıqlama:"Vəsiqənin girov qoyulması mənəviyyatsızlıqdır"

02 October 2019, 22:03
Gündəm

Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib.

“Biz bu hərəkəti nəinki hüquqa zidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”, – deyə H. Paşayev qeyd edib/APA.

Xatırladaq ki, bu gün MSK-nın qərarı ilə R.Cəbrayılovun mandatına xitam verilib.