"Maşın Şou" start götürdü: Namiq Fərhadoğlu dueldə
Ölkənin ən reytinqli layihəsi olan “Maşın Şou"nun Maskarad” adlanan sürətinin birinci günü baş tutub.
Xalq artisti Murad Dadaşovun təqdimatında keçirilən layihədə 18 məşhur yarışır.
Dəyəri 50 min manat olan “Opel” markalı maşın uğrunda yarışda artıq ilk səsvermə keçirilib. İştirakçılarda 9 nəfər aşıq Namiq Fərhadoğlunun şəklini ataraq, onu duelə çıxarıblar.
N.Fərhadolu tamaşaçılardan ona səs verməyi xahiş edib. O, bildirib ki, “mənə səs versəniz, sizin ürəyinizcə olan bir məşhuru oyundan kənarlaşdıracağam”.