Ofelya Sənani Klinik Tibbi Mərkəzə yerləşdirildi
Azərbaycanın Xalq artisti Ofelya Sənani infakt olub.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, Xalq artisti ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, hazırda reanimasiya şöbəsində müalicə alan Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.