Sosial şəbəkədə biz:

Rafael Cəbrayılovdan Hafiz Hacıyevə: "Əgər qeyrətin varsa..."

06 October 2019, 11:14
Gündəm

Mandatından imtina edən Rafael Cəbrayılov Hafiz Hacıyevin onun erməni mənşəli olması ilə bağlı dediklərinə cavab verib.

Publika.az xəbər verir ki, borc qalmaqalına görə deputatlıq mandatından imtina etməli olan R.Cəbrayılov Hafiz Hacıyevin özünün erməni mənşəli olmasını iddia edib: "Hafiz Haciyev yenə də öz səviyyəsinə uyğun mənə cavab verib. Amma mən zatən demişdim ki, o ermənidən əmələ gəlib. Gördünüzmü, qorxdu məni məhkəməyə verməyə, səviyyəsinə uyğun cavab verməyi daha üstün tutdu. Qorxdu ki, məni məhkəmiyə versə, onun ermənidən əmələ gəlməsi təkzibedilməz dəlillərlə sübuta yetriləcək. Cəsarəti çatırsa, namusu-qeyrəti varsa versin məhkəməyə, onun hansı ermənidən əmələ gəlməsi sübutunu tapsın. Bu üzdəniraq valideynlərini və ailəsini söydürməkdən ləzzət alır. Ermənidən əmələ gələn zatən belə olur".