"Barselona" "Qarabağ"ın rəqibini darmadağın etdi (VİDEO)
İspaniya La Liqasında VIII tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Sevilya" "Nou Kamp"da "Barselona"nın qonağı olub. Görüş kataloniyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qollara Luis Suares, Arturo Vidal, Osman Dembele və Lionel Messi imza atıb. "Barselona"dan Dembele və Ronald Araujo qırmızı vərəqə alıb.