17 nömrəli marşrut “Bakubus“ adına ləkədir - FAKT
Yeni Yasamaldan Gənclik metro stansiyası istiqamətdə hərəkət edən "BAKUBUS MMC"yə məxsus olan 17 saylı marşrutdan istifadə edən sərnişinlərdən "Leqal.info"ya ŞİKAYƏT daxil olub.
Bölgələrdən
fərqli olaraq paytaxtda ictimai nəqliyyatdakı problemlərin həlli üçün
hansısa işlərin görülməsinə çalışılır. Hətta bu işləri koordinasiya
etmək üçün Bakı Nəqliyyat Agentliyi adlı bir qurum da yaradılıb. İlk
əvvəllər bu quruma ümidlər böyük idi. Hətta yeniliklərin olacağı
gözlənilirdi. Gözlənilirdi deyəndə ki, indi də gözlənilir. Amma bu gün
yollarımızdakı mənzərə onu deməyə əsas verir ki, BNA-yi heç bir iş görə
bilmir. Hansısa əməkdaşının əlinə cərimə etmək üçün aparat verərək bəzi
küçələrdə dayanma-durma qaydalarını pozan sürücüləri cərimələməklə təbii
ki, iş bitmir. Gərəkdir ki, ciddi islahatlar həyata keçirilsin və
paytaxt yollarındakı xaos aradan qalxsın.
Təəssüflər
olsun ki, paytaxt küçələrində şütüyən köhnə avtobuslarla yanaşı yeni
marşrutlarda da ürəkaçan mənzərə mövcud deyil. Xarici görkəmin
müasirliyini və bir neçə marşrut xəttində ödənişin xart vasitəsilə
aparlimasını nəzərə almasaq demək olar ki, hansısa yenilik hiss olunmur.
Yenə də əvvəlki kimi sıxlıq, əvvəlki kimi yollarda atobusların yarışı,
dayanacaqdan kənar saxlamalar və s. Bir sizlə yenilik-filan yoxdur...
Yeni
Yasamaldan Gənclik istiqamətində hərəkət edən 17 nömrəli marşrut
avtobusu da digərlərindən fərqlənmir desək, yanılmarıq. Bu marşrut
xəttindən olan narazılıqlar günü-gündən artmaqdadır. Sürücülərin
sərnişinlərlə kobud rəftarı bu marşrut avtobusları üçün xarakterik
xüsusiyyətdir. Dəfələrlə sərnişinlərlə sürücülər arasında mübahisə bəzən
xoşagəlməz hallarla nəticələnib. Sürücülərin qeyri-insani rəftarı
sərnişinləri hər zaman təqib edir. Maraqlıdır ki, bu xəttin sahibi heç
zaman sürücülərinə göstəriş verməyib ki, sərnişinlərə normal münasibət
sərgiləsin. Əksinə olsaydı, sərnişinlərə “xoşunuz gəlmir taksi ilə
gedin“ deyilməzdi. Bu onu göstəriri ki, bu marşrut xəttində
hərkə-hərkəlikdi. Bakı Nəqliyyat Agentliyi isə baş verənlərdən xəbərsiz
kimi susmaqla məşğuldur.
17
nömrəli marşrut avtobusunda digər bir xoşagəlməz hal azyaşlı uşaqlardan
da gediş haqqının alınmasıdır. Bu marşrutlarda hətta qucaqda aparılan
2-3 yaşlı uşaqlara görə pul istənilir. Bu isə bir çox hallarda
mübahisələrə səbəb olur. Baxmayaraq ki, bu marşrut avtobusu son illər
paytaxtımıza gətirilən müasir tipli avtobuslardır, amma orada
müasirlikdən başqa nə desən var. Ona görə də əlaqədar qurumlar bu xətt
üzrə hərəkət edən avtobusların işini tənzimləməlidir. əks halda
sürücülərlə-sərnişinlər arasındakı mübahisələr əlbəyaxa davalar
səviyyəsinə belə gedib çıxa bilər.
P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
