Sosial şəbəkədə biz:

Bakıda süpürgəçini maşın vurdu

10 October 2019, 10:19
Gündəm

Bakıda süpürgəçini maşın vurub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında aeroport yolunda, Olimpiya stadionunun yaxınlığında baş verib. Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan süpürgəçi qadın yolu süpürərkən onu maşın vurub.

Yaralı süpürgəçi Sabunçu rayon 3 saylı xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır.