Sosial şəbəkədə biz:

Azərbaycan televiziyalarında "qara yumor"a qadağa qoyuldu

<span style="color: #000000;"><strong>Azərbaycan televiziyalarında "qara yumor"a qadağa qoyuldu</strong></span> Azərbaycan televiziyalarında insanları güldürmək məqsədilə yayımlanan və "qara yumor"dan istifadə olunan verilişlər yığışdırılıb. Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, "qara yumor" vasitəsilə tamaşaçıda gülüş yaratmağa çalışan "Bu da bu", "Komedi.az" kimi verilişlər dayandırılıb. Şöbə müdirinin sözlərinə görə, hazırda telekanalların efirində Azərbaycan tamaşaçısının mənəvi dəyərlərinə zidd olan, hansısa xarici kanalda yayımlanan verilişləri olduğu kimi təqlid edən proqramlar yayımlanmır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol