Sosial şəbəkədə biz:

İcra başçısının qəbulunda ŞOK OLAY... - Şikayətçiyə cavab verə bilməyən müavin İSTEFA VERDİ

14 October 2019, 11:36
Gündəm

Ağsu rayon icra başçısının ikinci müavini Mikayılov İqbal Şahbaba oğlu istefa verib.

Rayona yeni icra başçısı təyin olunmuş Vahid Tağıyevin əhalini qəbul zamanı sakinlərdən birinin məsələsinə baxılıb.

Baku.ws-in əldə etdiyi məlumata görə, həmin şəxs probleminin həll olunmadığı üçün İ.Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib.

Nəticədə vəzifəsindən istefa verməli olub.

***

Ağsu rayon icra başçısının köməkçisi Vüqar Atakişiyev isə Axar.az-a açıqlamasında faktı nə təsdiq, nə də təkzib edib.

“Siz məgər mediada hər yazılana inanırsınız?” – deyə V.Atakişiyev bildirib.