Sosial şəbəkədə biz:

Bakıda "Mercedes" "Opel"ə, sonra yaşayış evinə çırpıldı

28 October 2019, 09:56
Gündəm

Bakıda iki avtomobil toqquşub.

Hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil arxadan "Opel" markalı avtomobilə, daha sonra ərazidəki yaşayış evinə çırpılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Qəza nəticəsində xəsarət almış "Opel"in sürücüsü təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. (report)