Sosial şəbəkədə biz:

Karateçilərimiz dünya çempionatında 4 medal qazanıb

28 October 2019, 20:54
Gündəm

Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız Çilinin paytaxtı Santyaqoda keçirilən dünya çempionatını dörd medalla başa vurub.

16-18 yaşlı gənclərdən ibarət komandamızın üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) bürünc medala sahib olublar.

Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq), Hümmət Baxşəliyev (67 kq) və Murad Hacızadə (+84 kq) isə medalçılar arasına düşə bilməyiblər.