”BOA Kollektor” “Unibank”ın göstərişlərini icra edir? - İTTİHAM
"BOA Kollektor” agentliyi problemli müştərilərlə əlaqə yaratmaq üçün
hazırda da fəaliyyətini qeyri-qanuni davam elətdirən bir təşkilatdır. Bu
təşkilat problemli borcların qaytarılması üçün müştərilərlə qanundan
kənar əlaqə yaradır onları görüşə çağırır və onlardan borcların
qaytarılmasını tələb edir. Müştərilər onlara inanmamalı, əgər bu barədə
zəng olarsa, onlarla görüşdən imtina etməlidirlər”.
Bu
sözləri Miq.Az-a hüquqşünas Əkrəm Həsənov mediada "Unibank”-a aid
olduğu iddia olunan problemli borcların qaytarılmasını yerinə yetirmək
üçün yaratdığı "BOA Kollektor” agentliyinin fəaliyyətinə münasibət
bildirərkən deyib.
Onun
sözlərinə görə, müştərilərə banka olan borcları ilə bağlı zənglər
gələrsə və ya vətəndaşların evlərinə həmin agentlik trəfindən müəyyən
şəxslər gələrsə, dərhal polis xidmətini məlumatlandırmalıdır:
"Vətəndaşlara
bu hallar baş verərsə dərhal hüquq mühafizə orqanlarını
məlumatlandırmalıdırlar. Onların harasa çağırılıb borc məsələlərinin
həll edilməsi qeyri-qanunidir. Bank müştərisi yalnız özü banka dəvət edə
bilər və bu barədə müzakirələr aparıla bilər. Vətəndaşlar öz
hüquqlarını bilməli, bu məsələdə aldanmamalıdırlar. Bundan başqa digər
hərəkətlər və hansısa fəaliyyəti qeyri-qanuni olan təşkilatların
agentliklərin zəngi, onları harasa çağırması qapılarına gəlməsi qanundan
kənardır”.
Mediada
dəfələrlə "BOA Kollektor” agentliyinin "Unibank”la əməkdaşlıq etməsi və
problemli borcların qaytarılması üçün müştərilərlə qeyri -qanuni əlaqə
yaradaraq onları görüşə çağıraraq hərbə zorba gəlməsi barədə məlumatlar
yayılmışdı. Hətta, bu barədə bir neçə vətəndaşın şikayəti də
ictimailəşdirilmişdi.