Sosial şəbəkədə biz:

Deputat sosial şəbəkəni "bəzəyən" videosundan danışdı: "Ay qardaş..." - VİDEO

29 October 2019, 12:16
Gündəm

Milli Məclisin deputatı Xanhüseyn Kazımlının sosial şəbəkələrdə yayılan videosu birmənalı qarşılanmayıb.

Azinforum.az xəbər verir ki, Unikal.org-a açıqlama verən deputat sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasını anlamadığını bildirib:

"Ay qardaş, mən büdcə haqqında bir şey deməmişəm axı. İnsanların məni niyə tənqid etdiyini anlamıram. Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm. İnsanlar söhbətin nədən getdiyini bilmədiyi halda məni tənqid etməsinlər".