Sosial şəbəkədə biz:

Tağıyevin nəticəsi ilk dəfə Bakıya gəldi - Video

30 October 2019, 17:45
Gündəm

Məşhur messenat Hacı Zeynalabdin Tağıyevin nəticəsi Azərbaycana gəlib. “Qafqazinfo” xəbər verir ki, milyonçunun oğlu Sadiqi Tağıyevin nəvəsi olan Alban Bakıya ilk dəfə təşrif buyurub.

O, səfəri zamanı Tağıyevin məzarını ziyarət edib. Albanın görüntülərini “ADDIM” gənclər təşkilatının sədri Hüseyn Cavadzadə sosial şəbəkədə paylaşıb. 

Məlumat üçün bildirək ki, messenatın nəticəsi Parisdə dünyaya gəlib, orada yaşayır. Alban hazırda tarix üzrə təhsil alır. O, iki gün sonra Fransaya qayıdacaq.