Sosial şəbəkədə biz:

Arif Hacılı “Bandotdel”ə çağırılıb

13 January 2016, 14:33
Gündəm
Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. " Azinforum.az " bastainfo.com-a istinadən xəbər verir ki, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər. BMCMİ-nin nümayəndələri qeyd edib ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib. Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.