Sosial şəbəkədə biz:

Şəhriyar Məmmədyarov erməni şahmatçı ilə heç-heçə oynadı

01 November 2019, 21:53
Gündəm

Gürcüstanın Batumi şəhərində davam edən şahmat üzrə komandalararası 22-ci Avropa çempionatının 8-ci turunda Azərbaycan komandası Ermənistan komandası ilə qarşılaşır.
Qaynarinfo-nun məlumatına görə, komandaların liderləri arasında görüşdə Şəhriyar Məmmədyarovla Levon Aronyan qarşılaşıb.
Bu görüş heç-heçə başa çatıb.
Digər cütlüklərdə Arkadi Naydiç Qabriel Sarkisyanla, Qədir Hüseynov Hrant Melkumyanla və Eltac Səfərli Arman Paşikyanla qarşılaşır.