Sosial şəbəkədə biz:

Ermənilər ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat vasitələri quraşdırır - Fotolar

03 November 2019, 14:54
Gündəm

Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında hərbi fəaliyyətini davam etdirir.

Düşmən tərəfi bu dəfə Milli Ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat və müşahidə vasitələrini möhkəmləndirir.

Bunun üçün optik-elektron müşahidə sistemləri və videokameralar quraşdırılır. Yayılan fotoların təmas xəttinin Goranboy-Tərtər istiqamətində çəkildiyi ehtimal olunur. /modern.az