Sosial şəbəkədə biz:

“Mənimlə dost idi, sonra bacımı qaçırdı” – Nadir Qafarzadə

09 November 2019, 21:51
Gündəm

Zaur Kamalın aparıcısı olduğu “5/5” proqramında qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib.

Əvvəlcə Qalib Məmmədov adlı müəllimini təbrik edən ifaçı sonra efirdə onunla bağlı etirafını dilə gətirib. Nadir həmin müəllimin onun bacısını qaçırdığını deyib:

"O Qalib müəllim ki, məktəbdə mənimlə dost idi. Onun şagirdi idim. Sonra əsgərliyə getdim, eşitdim ki, mənim bacımı qaçırıb. Artıq 30 ildir ki, evlidirlər. İki balaları var. Amma mən onu bağışladım. Həm bacımım yoldaşıdır, həm mənim müəllimimdir, həm də bacımın müəllimidir". Yenisabah.az