Sosial şəbəkədə biz:

"Oğlum evdədir, onu heç kim saxlamayıb" - İlhamə Quliyeva

<span style="color: #ff0000;"><strong>"Oğlum evdədir, onu heç kim saxlamayıb" - İlhamə Quliyeva</strong></span> "Oğlumun saxlanılmağı ilə bağlı yayılan xəbərlər yalandır". Bunu APA-ya xalq artisti İlhamə Quliyeva deyib. Onun sözlərinə görə, xəbər qərəzli olaraq yayılıb: "Bunu bizim ailəmizi istəməyən adamlar, qulluqçumun adamları yayıb. Oğlum evdə, ailəsinin başındadır. Özü oxuyub, mənə zəng edir, gülürdü". İ. Quliyeva oğlunun dostu Vüqar Bəşirovun da saxlanılmasını təkzib edib. Qeyd edək ki, "Yeni Müsavat" qəzeti İ. Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması haqqında xəbərlər yayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol