Sosial şəbəkədə biz:

Beyin xərçənginin 5 simptomu açıqlandı

24 November 2019, 12:13
Gündəm

Mütəxəssislər xərçəngin indiyədək məlum olmayan əlamətlərini açıqlayıb

Baş ağrısı, tarazlıqla bağlı problemlər, tinnitus beyin xərçənginin ilk simptomlarından biri ola bilər. AYNA-nın “Arqumentı nedeli” nəşrinə istinadən məlumatına görə, bunu tibb mütəxəssisləri açıqlayıb.

Beyin xərçənginin ehtimal olunan siqnallarının siyahısına aşağıdakı hallar daxildir:

- fiziki hərəkətlər zamanı daha da intensivləşən güclü, davamlı baş ağrısı;

- bədənin yerləşməsindən asılı olmayaraq, yaranan başgicələnmə;

- görmə itiliyinin proqressiv şəkildə azalması;

- qulaqlarda səs və ya zingilti eşidilməsi;

- hərəkətlərin koordinasiyasında gözlənilməz pozuntular.