Sosial şəbəkədə biz:

Bakının mərkəzində ikimərtəbəli bina uçdu - Fotolar

25 November 2019, 21:14
Gündəm

Bakıda 2 mərtəbəli yaşayış binasında uçqun baş verib.

Son günlər yağan aramsız yağışdan sonra Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli bina uçub. 

Məlumata görə, həmin binada 20-yə yaxın ailə yaşayır və köhnə tikili olduğu üçün bina qəzalı vəziyyətdədir.

Aşan divar qaz xəttinin üzərində düşdüyü üçün qəza baş verib və hazırda ərazidə qazın verilməsində fasilə yaranıb. /qafqazinfo