Sosial şəbəkədə biz:

YAP Heydər Əliyevin məzarını ziyarət edib - Fotolar

11 December 2019, 11:45
Gündəm

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, ziyarətdə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvləri, YAP-çı deputatlar və digər üzvlər iştirak ediblər. 

YAP rəhbərliyi Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib.