Sosial şəbəkədə biz:

Şəhriyar Məmmədyarov dünya çempionatında iştirak edəcək

11 December 2019, 21:38
Gündəm

Bu il dekabrın 25-dən 30-dək Rusiyanın paytaxtı Moskva şəhərində rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

Dünya çempionatında 250-dən çox şahmatçı iştirak edəcək. Ölkəmizi turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək.

Dünya çempionu olmaq uğrunda yarışlara qatılanlar arasında Maqnus Karlsen, Maksim Vaşye-Laqrav, Aniş Giri, Hikaru Nakamura və Vladimir Kramnik da var. Azvision.az