Sosial şəbəkədə biz:

Məktəbin tualetində qızı zorlayan 2 nəfər həbs olundu– Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xaçmazda şagirdin məktəbdə zorlanması faktı ilə bağlı birgə məlumat yayıb. Aprelin 16-da saat 14.00 radələrində Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbinin sanitar qovşağında kənd sakini Nərminə Cəfərovaya (ad və soyad şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində N.Cəfərovaya qarşı mənəviyyata və hüquqa zidd hərəkətlərin həmkəndliləri - Fərid Həsənov və Valeh Xurşudov tərəfindən törədilməsi müəyyən olunub. Cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol