Sosial şəbəkədə biz:

Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib

19 January 2020, 10:55
Gündəm

Türkiyə xarici terrorçuları vətənlərinə deportasiya etməyə davam edir.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, terror qruplaşmalarının tərkibində silahlı münaqişələrdə iştirak edən 4 nəfər Almaniyaya deportaiya edilib.Qeyd edilir ki, 2019-cu ilin noyabr ayının 11-dən Türkiyədən 179 xarici vətəndaş olan terrorçu deportasiya edilib.