Sosial şəbəkədə biz:

Bakıda restoran parkinqində insident - Müştərinin maşını qaçırıldı

20 January 2020, 16:07
Gündəm

Bakıda məşhur restoranın parkinqində insident olub.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən “Cratos” restoranının yeraltı dayanacağında qeydə alınıb.

Məlumata görə, Y.Xəlilov adlı şəxs həmin restoranın parkinqində olan zaman borclu olduğu Rüfət adlı şəxs və yanındakı bir nəfər ona zor tətbiq edərək BMW markalı avtomobili əlindən alaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır.