Firdovsi Şahbazov seçicilərlə görüşüb - FOTOLAR
78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Firdovsi Həşim oğlu Şahbazov seçicilərlə görüşüb.
Belə ki, Nücü ərazi vahidliyində (Nücü, Lərmərud, Haftonu, Davidonu, Vamazğon kəndləri) seçicilərlə görüşən namizəd sakinlri narahat edən problemləri dinləyib. Məlum olub ki, sözügedən kəndlərin 3 əsas problemi var: 1. Yol problemi, 2.Təbii qazın verilməsi problemi, 3. Ərazidə olan işıq dirəklərinin yenilənməsi problemi. Firdovsi Şahbazov bildirib ki, millət vəkili seçilərsə, sadalanan problemlərin həlli ilə bağlı çalışacaq və bununla bağlı səylərini artıracaq.





Vidadi ORDAHALLI