Sosial şəbəkədə biz:

Koronavirusdan ölənlərin sayı 213 nəfər oldu

31 January 2020, 09:34
Gündəm

Çində koronavirusun yeni növündən ölənlərin sayı 213 nəfərə çatıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Global Times” qəzeti xəbər verib.

Təkcə Hubey əyalətində 204 nəfər dünyasını dəyişib. Ümumilikdə Çində 9390 nəfər koronavirusa yoluxub.

Daha əvvəl 170 nəfərin öldüyü, virusa yoluxanların sayı isə 7 711-ə çatdığı bildirilirdi.