Sosial şəbəkədə biz:

MSK Hafiz Hacıyevin partiya nümayəndəsinin səlahiyyətinə xitam verdi

01 February 2020, 15:17
Gündəm

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.


Bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib.


A. Muxtarova deyib ki, Müasir Müsavat Partiyası MSK-ya müraciət edərək, Nağıyeva Nərgiz Əli qızının qeydiyyatının ləğv olunmasını istəyib.


İclasda Müasir Müsavat Partiyasənın səlahiyyətli nümayəndələrindən biri kimi qeydə alınmış Nərgiz Nağıyevanın səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib. /APA