Sosial şəbəkədə biz:

Bank kartlarından istifadə edənlərin nəzərinə: Bu gecə problem yarana bilər

03 February 2020, 21:10
Gündəm

Bu gecə saat 02:00-dan 05:30-a qədər “AzeriCard” MMC prosessinq mərkəzi profilaktik tədbirlər həyata keçirəcək.

Bununla bağlı şirkətin müştərisi olan banklar plastik kart sahiblərinə müraciət ediblər.

Müraciətdə deyilir ki, həmin tədbirlərlə bağlı bank kartlarından istifadədə problem yarana bilər.

“AzerCard”dan “Report”a xəbəri təsdiq ediblər. 

“Hazırda biz 21 banka məxsus təxminən 2,3 milyon ədəd plastik karta xidmət göstəririk. Bununla belə, müştərilər profilaktik tədbirlərinin aparıldığını hiss etməyə də bilərlər", - prosessinq mərkəzindən bildirilib.