Yaxın dostundan Kəmaləddin Qafarova dəstək - "Ona verdiyiniz səs, yaxın 5 il üçün qoyduğunuz və divident gətirəcək əmanətdir"
Növbədənkənar parlament seçkiləri ilə bağlı aparılan təbliğat-təşviqat kampaniyası çərçivəsində diqqətdə saxladığımız dairələrdən biri də 9 saylı Binəqədi ikinci seçki dairəsi olub. Bunun da bir sıra obyektiv səbəbləri var. Birincisi, dairə paytaxtın bir rayonunu əhatə edir. İkincisi, həmin dairədən namizədliyi qeydə alınanların sırasında Respublika səviyyəsində tanınmış kifayət qədər şəxslər var. Etiraf edək ki, dairə ilə bağlı yazdığımız yazılarda daha çox tənqid etdiyimiz hazırkı namizədlərdən sayılan, millət vəkili Kəmaləddin Qafarov olub. Çünki nədənsə bütün namizədlər özləri ilə yarışacaq favorit rəqib kimi məhz Kəmaləddin Qafarovu görüblər. Hətta onunla mübarizədə həmrəy olmağa belə razı olublar. Kəmaləddin Qafarov hakim partiyanın irəli sürdüyü namizəddir. Etiraf edək ki, bu kampaniya dövründə özünün ünvanına səslənən bir çox obyektiv tənqidlərlə yanaşı, əndazəni aşan qərəzli tənqidlər də az yer almayıb. Bu müddət ərzində yazılan bütün tənqidlərin altında imzamızı qoymuşuq və qarşı tərəfin də mövqeyinə yer verməyə hazır olduğumuzu bəayan etmişik. Hələlik Kəmaləddin Qafarovun özü və vəkilləri tərəfindən bizimlə əlaqə saxlayıb, iradını bildirən olmayıb. Bu gün isə özünü millət vəkilinin ən yaxın dostu kimi təqdim edən Ayaz Kərimov adlı şəxs saytımızla əlaqə saxlayıb, bizi obyektiv olmağa dəvət edib: "Mən siyasət adamı deyiləm. Buna baxmayaraq, saytları daima izləirəm. Bu , yalnız seçki dönəmini əhatə etmir. Adi günlərdə də informasiyanı daha çox xəbər portallarından alıram. Sizin saytın da "Facebook" səhifəsini bəyənmişəm. Bu səbəbdən də paylaşdığınız bütün xəbərləri izləmək imkanım olur. Təəssüf edirəm ki, ölkəmizdə keçirilən parlament seçkiləri dönəmində bir çox saytlar mənim yaxın dostum olan, deputalığa namizəd Kəmaləddin Heydərrovla bağlı bəzi yalan informasiyaları tirajladılar. Mən Kəmaləddin Qafarovu Vətəninə və millətinə sadiq, xeyrxah bir iş adamı kimi tanıyıram. Tez-tez bir yerdə olduğumuz üçün tam məsuliyyətilə deyə bilərəm ki, o, üstünə gedən kimisə naümid qaytarmayıb. Bir deputat kimi də seçildiyi Binəqədi rayonunun əhalisinin problemlərinə xüsusi diqqət göstərib. Mənim özüm də bu rayonda yaşayıram. Demək olar ki, işim də burda qurulub. Bilirəm ki, ölkəmizdəki stabilliyi istəməyən , seçkinin yaratdığı sərbəst mühitdən sui-istifadə etməyə çalışan bəzi dairələr Kəmaləddin Qafarovun üzərindən əslində hakim partiyanı, ölkəmizdəki azad seçki mühitini hədəfə alırlar. Biz kimlərəsə özü məkirli planlarını həyata keçirməyə imkan verməyəcəyik.
Əsiz Binəqədilillər, sizdən xahiş edirəm ki, 9 fevarl tarixində, seçki günü məntəqələrə gedib, öz namizədiniz olan Kəmaləddin Qafarova səs verəsiniz. Bilin ki, səsiniz sizin sərmayəniz olacaq və qarşıdakı 5 ildə ondan divident götürməyi bacarassınız".