Sosial şəbəkədə biz:

Koronavirusdan ölənlərin sayı daha da artdı - Yenilənib

05 February 2020, 10:11
Gündəm

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 479-a, bu virusa yoluxanların sayı isə 16,6 minə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Hökumət fevralın 4-də 3156 yeni yoluxma faktı aşkarlayıb. Yeni yoluxma faktlarının 1967-si əyalətin paytaxtı Uhan şəhərində qeydə alınıb.

4 fevrala olan məlumata əsasən, xəstəxanalardan 520 nəfər evə buraxılıb.

**

Çində koronavirusdan ölənlərin ümumi sayı 490-na, bu virusa yoluxanların sayı isə 24,3 minə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.