Sosial şəbəkədə biz:

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru cərimələndi

05 February 2020, 12:19
Gündəm

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayev cərimələnib.

“Qafqazinfo”nun verdiyi xəbər görə, bu barədə Binəqədi rayon məhkəməsi qərar çıxarıb.

V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə) maddəsi ilə ittiham edilərək iki min manat cərimələnib.

Lakin V.Abdullayev bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. Hazırda onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə baxılır. Fevralın 4-də keçirilən baxış iclası fevralın 7-nə təxirə salınıb.