Sosial şəbəkədə biz:

Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi

05 February 2020, 21:00
Gündəm

46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib. İclasda bildirilib ki, Rəşad Camalovun ikili vətəndaşlığı var. Bu səbəbdən onun namizədliyinin ləğv edilməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, Rəşad Camalov Azərbaycanın mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.