Sosial şəbəkədə biz:

Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur - RƏSMİ

09 February 2020, 20:30
Gündəm

Fevralın 9-da “Turan” informasiya agentliyi xəbər verib ki, guya Milli Məclisin Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Modern.az-ın məlumatına görə, Milli Məclisin Mətbuat xidməti bildirir ki, bu xəbər həqiqətə uyğun deyil:

"Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".