Sosial şəbəkədə biz:

Cahangir Hacıyevin cəzası azaldıldı

11 February 2020, 10:15
Gündəm

Dünən Bakı Apelyasiya Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, sabiq millət vəkili Dünyamin Xəlilov və digərlərinin apelyasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Həsən Əhmədov C.Hacıyevin cəzasını 3 ay azaldıb. Qərara əsasən, C.Hacıyev üzərində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Buna səbəb də qanunvericiliyə edilən dəyişikliklərdir.

Belə ki, dəyişikliklərə əsasən Cinayət Məcəlləsinin 179-cu maddəsinin sanksiyasının yuxarı həddə olan cəzası aşağı salınıb. 

C.Hacıyevlə birgə təqsirləndirilən şəxslər barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.