Sosial şəbəkədə biz:

Şəmkirdə ev yandı - Ölən və yaralananlar var

11 February 2020, 10:18
Gündəm

Şəmkirdə yaşayış evində yanğın olub.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ələsgərli kəndində baş verib.

Üç otaqlı evin yanması nəticəsində bir qadın yanaraq ölüb, iki nəfər, 1978-ci il təvəllüdlü Əhmədov Zöhrab və onun övladı, 8 yaşlı Rüstəm yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir. 

Hazırda Şəmkir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.