Sosial şəbəkədə biz:

Bakıda 38 yaşlı şəxs soyuqdan öldü

11 February 2020, 12:19
Gündəm

Bakıda 38 yaşlı “bomj” soyuqdan ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 10-u saat 11 radələrində polis əməkdaşları tərəfindən Qara Qarayev prospekti 62 ünvanında küçədə naməlum şəxs donvurmuş halda tapılıb. O, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilsə də, donvurmadan vəfat edib.

Araşdırma zamanı həmin şəxsin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü İbrahimov Mərdan Nəriman oğlu olduğu müəyyən edilib.