Sosial şəbəkədə biz:

Ramiz Mehdiyev AMEA-da ixtisarlara başladı

11 February 2020, 21:05
Gündəm

"Yaxın dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlifyönümlü islahatların aparılması nəzərdə tutulur".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, bura struktur islahatları da aid ola bilər:

"Artıq Rəyasət Heyəti Aparatında müəyyən kadr ixtisarları olub. Eyni zamanda strukturun optimallaşdırılması istiqamətində də müəyyən işlər görülüb". /Qaynarinfo