Sosial şəbəkədə biz:

Şagirdi döyən müəlliməyə şiddətli töhmət verildi

26 January 2016, 14:05
Gündəm
“Xırdalan şəhəri 9 nömrəli orta məktəbdə şagirdi döyən ibtidai sinif müəlliməsi Sevda Rüstəmovaya şiddətli töhmət verilib”. Bu barədə Abşeron Rayon Təhsil Şöbəsi mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib. O qeyd edib ki, bu gün saat 12-də məktəbin Pedoqoji Şurasında keçirilən iclasda müəllimə Sevda Rüstəmovaya şiddət töhmət elan olunub, məktəb direktoru Həcər İbrahimovaya isə xəbərdarlıq edilib: “Əgər bu kimi hal yenidən rəkrarlanarsa, onda başqa tədbirlər görüləcək”. Xatırladaq ki, sosial şəbəkələrdə yayılan videokadrda Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli məktəbdə müəllimənin şagirdə zor tətbiq etdiyi görünür.(modern.az)