Sosial şəbəkədə biz:

Aqil Abbasın lider olduğu dairədən şikayət: Qərar verildi

22 February 2020, 18:21
Gündəm

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında parlament seçkiləri ilə əlaqədar 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi daxil olan müraciətə baxılıb.

Bu barədə MSK üzvü İlham Məmmədov bildirib.

O qeyd edib ki, şikayəti namizəd Anar İsayev ünvanlayıb.

MSK qərara alıb ki, həmin dairənin 9 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılsın.

Qeyd edək ki, adıçəkilən dairədə lider namizəd Aqil Abbasdır. /Oxu.az