Sosial şəbəkədə biz:

Koronavirusdan ölənlərin sayı 2442 nəfərə çatıb

23 February 2020, 11:00
Gündəm

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, hazırda koronavirus qurbanlarının sayı 2442-ə çatıb, yoluxanların sayı 76 936 nəfərdir.

Son sutka ərzində virusdan 97 ölüm hadisəsi qeydə alınıb, ümumilikdə isə indiyədək virusa yoluxmuş 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Azvision.az